İrina Şeyk 40 yaşında - Fotolar

irina-seyk-40-yasinda
Oxunma sayı: 4387

Məşhur rusiyalı model İrina Şeyk (İrina Valeryevna Şeyxlislamova) ötən gün 40 yaşını qeyd edib. 

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın Yemanjelinsk şəhərində anadan olan modelin atası mədənçi, anası isə musiqi müəllimi olub. 

Məktəb illərində İrinanın hündür boyu, tünd dərisi və dolğun dodaqları sinif yoldaşları tərəfindən lağ obyektinə çevirilir. Lakin bu görünüş sonradan ona şöhrət gətirir. 

Belə ki, İrina 18 yaşında olarkən “Supermodel 2004” müsabiqəsində qalib gəlir. Paris onun stil ikonası olmaq yolunda ilk tramplini olur. İrina o zaman 20 yaşında idi.

Əsl uğur isə 2007-ci ildə Şeyk İtaliya brendi “Intimissimi” ilə müqavilə imzaladıqda gəlir. Daha sonra ona böyük şirkətlər, brendlər müraciət etməyə başlayır. 

Şeyk bundan sonra bir çox kliplərdə və filmlərdə çəkilir.

Məşhur modelin 2009–2015-ci illərdə dünyaşöhrətli futbolçu Kriştiano Ronaldo ilə yaxın münasibətləri olub. Daha sonra aktyor Bredli Kuperlə tanış olub. Cütlüyün 2017-ci ildə bir qızı dünyaya gəlib. Onlar 2019-cu ilin iyununda ayrılıblar.