ABŞ Prezidenti Donald Tramp Prezidentin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Pakistanın paytaxtı İslamabada planlaşdırılan səfərinin ləğv edildiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb.
O qeyd edib ki, ABŞ nümayəndə heyəti İran tərəfi ilə mümkün atəşkəs məsələlərini müzakirə etmək üçün səfərə hazırlaşırdı.
Trampın sözlərinə görə, səfər onun qərarı ilə dayandırılıb: “Bir müddət əvvəl komandama dedim ki, onlar yola düşməyəcəklər. Dedim, “xeyr, 18 saatlıq uçuşa ehtiyac yoxdur”. Bizim bütün imkanlarımız var. Onlar istədikləri vaxt bizimlə əlaqə saxlaya bilərlər, amma sadəcə danışmaq üçün bu qədər uzun yol getməyəcəyik”.
Qeyd edək ki, nümayəndə heyətinə Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner rəhbərlik etməli idi.
Bu qərar İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabaddakı danışıqlardan sonra ölkəni tərk etməsi fonunda verilib. Əraqçi Pakistan rəsmiləri ilə ABŞ-İran qarşıdurması ilə bağlı mümkün diplomatik həll yollarını müzakirə etmişdi.
Son xəbərlər
Son Xəbərlər