İşləyən anaların övladları ilə bağlı - Nazirdən açıqlama

isleyen-analarin-ovladlari-ile-bagli
Oxunma sayı: 1429

“İşləyən anaların övladlarının məktəbəqədər təhsilə cəlb edilməsi ilk növbədə prioritetləşməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

“Hazırda bizim sistemdə bu prioritetləşmə yoxdur. İndi məktəbəqədər təhsilə qeydiyyat “kim birinci müraciət etdi” mexanizmilədir. Sistem elektronlaşıb. Əvvəlki illərlə müqayisədə bu proses daha şəffaf qurulub. İşləyan ananın övladının məktəbəqədər təhsilə cəlb olunması ölkə iqtisadiyyatı cəhətdən daha faydalıdır. Çünki məktəbəqədər təhsil varsa, ana işləyə bilir. Gələcəkdə bu yöndə müxtəlif modellərin tətbiqi davam edəcək. Biz bu modellərin genişləndirilməsinin tərəfdarıyıq”, - deyə nazir vurğulayıb.