ISNA onların adını açıqladı - Sonra xəbəri sildi

isna-onlarin-adini-aciqladi
Oxunma sayı: 1408

İran və ABŞ Pakistanın paytaxtı İslamabadda keçiriləcək sülh danışıqları üçün nümayəndə heyətlərinin rəhbərlərini müəyyən ediblər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlarda iştirak edəcək ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens, İran tərəfinə isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək. 

İslamabad danışıqlarında Vaşinqton tərəfdən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və müşaviri Cared Kuşnerin də iştirak edəcəyi bildirilir. 

Bununla belə, agentlik sonradan nümayəndə heyətlərinin rəhbərləri ilə bağlı xəbəri silib.

Qeyd edək ki, ABŞ və İran arasında sülh danışıqlarının aprelin 10-da İslamabad şəhərində keçirilməsi planlaşdırılır.