İspaniyadakı qəzada ölənlərin sayı artdı - Yenilənib - Video

ispaniyadaki-qezada-olenlerin-sayi-artdi
Oxunma sayı: 3114

Dünən İspaniyanın cənubunda iki sürət qatarı relsdən çıxaraq toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Malaqadan Madridə gedən sərnişin qatarı relsdən çıxaraq bitişik relslərə keçib və Madriddən Huelvaya gedən qatarla toqquşub.

Hadisə nəticəsində azı 21 nəfər həlak olub, 73 nəfər isə xəsarət alıb, onlardan 30 nəfərin vəziyyəti ağırdır.

Qeyd olunub ki, relsdən çıxan birinci qatarda təxminən 300, qarşıdan gələn ikinci qatarda isə təxminən 100 sərnişin olub.

Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

***

“EFE” agentliyinin məlumatına görə, qatarların relsdən çıxması nəticəsində həlak olanların sayı 39 nəfərə çatıb.

***

Qatar qəzasında ölənlərin sayı 40-a çatıb.

Əndəlüs muxtar hökumətinin Təcili Yardım Mərkəzinin yaydığı məlumata görə, qəza nəticəsində 41 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan 12-nin vəziyyəti ağırdır və reanimasiya şöbəsində müalicə alırlar.

Açıqlamada bildirilib ki, qəza yerində 5-i uşaq olmaqla, ümumilikdə 122 nəfərə ilkin tibbi yardım göstərilib.

Hadisədən sonra Kriminologiya İdarəsinin mütəxəssisləri qəzada həlak olan şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün barmaq izi və DNT analizləri aparır.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.