İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində 2-si qadın olmaqla 4 nəfər həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, İsrail ordusu bu hücumların “Hizbullah”ın PUA hücumlarına cavab tədbiri olduğunu bəyan edib.
Livan Prezidenti Cozef Aoun baş verənləri “təhlükəli gərginlik” kimi qiymətləndirərək İsrailin hərbi hədəfləri aşaraq birbaşa mülki infrastrukturu vurduğunu bildirib. O, hücumlar zamanı Qandur xəstəxanasının yerlə-yeksan edildiyini və Nəbatiyyə vilayətindəki Maliyyə Nazirliyinin binasına ciddi ziyan dəydiyini açıqlayıb.
Dövlət başçısı ABŞ-yə təcili müraciət edərək Vaşinqtonu bu pozuntuları dayandırmaq və cavabdehləri məsuliyyətə cəlb etmək üçün təxirəsalınmaz addımlar atmağa çağırıb.
Son xəbərlər
Son Xəbərlər