İsrail Sloveniyada ilk səfirliyini açdı

israil-sloveniyada-ilk-sefirliyini-acdi
Oxunma sayı: 156

İsrail Sloveniyanın paytaxtında öz səfirliyini açıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yəhudi dövlətinin xarici işlər naziri Gideon Saar “X” sosial şəbəkəsində məlumat verib.

O qeyd edib ki, sloveniyalı həmkarı Tone Kayzer ilə birgə təntənəli açılış mərasimində iştirak edib.

“Bu, il yarım ərzində İsrailin açdığı beşinci yeni diplomatik missiyasıdır. Avropada və bütün dünyada dostlarımız var, biz onlarla münasibətləri və əməkdaşlığı möhkəmləndirməliyik. Mən İsrailin diplomatik şəbəkəsini bütün dünyada genişləndirməyə davam edəcəyəm”, – deyə nazir yazıb.