İsraildən Beyruta hücum - Həsən Nəsrullah hədəf alındı

israilden-beyruta-hucum
Oxunma sayı: 3420

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bir müddət öncə İsrail ordusu Beyrutdakı Daahi şəhərinin mərkəzində yaşayış binalarının altında yerləşən “Hizbullah” terror təşkilatının mərkəzi qərargahına hücum edib”, - məlumatda deyilir.

Zərbələr nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb. 

“Ynet” portalının məlumatına görə, zərbələrin hədəfi hərəkatın baş katibi Şeyx Həsən Nəsrullah ola bilər:

“Hücum təşkilatın lideri Həsən Nəsrullahı hədəf alıb və İsrail tərəfi onun orada olub-olmadığını və oradadırsa, hansı vəziyyətdə olduğunu öyrənməyə çalışır”.

Lakin müxtəlif Qərb media mənbələri (AFP və “Reuters” də daxil olmaqla) Nəsrullahın zərbələrdən sonra sağ və təhlükəsiz olduğunu iddia edir.

“İsrailin Beyruta endirdiyi hava hücumunda “Hizbullah”ın yüksək rütbəli liderlərindən heç biri ölməyib”, - deyə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda portativ rabitə qurğularının partlaması zamanı “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın da xəsarət aldığı deyilirdi.