İsrailin Livanın müxtəlif bölgələrinə endirdiyi ağır hava zərbələri nəticəsində insan tələfatı və yaralananların sayı kəskin artıb.
“Qafqazinfo” “Al Jazeera” agentliyinə istinadən xəbər verir ki, Livanın səhiyyə naziri Rakan Nassereddin son bir sutka ərzində baş verən hücumların ağır nəticələrini açıqlayıb.
Nazir bildirib ki, hərbi zərbələr nəticəsində ən azı 40 nəfər həlak olub, 246 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
“Ölkədəki səhiyyə sistemi hazırda fövqəladə rejimdə çalışır. Təcili tibbi yardımın çatdırılmasını təmin etmək məqsədilə özəl xəstəxanalar dövlət tibb müəssisələrinin səylərinə dəstək olaraq tam səfərbər olunub”.
Son xəbərlər
Son Xəbərlər