“Ərəb ölkələri İranın hava zərbələri nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsini qaldırıblar və ABŞ-nin vasitəçiliyi ilə bu mövzunu rəsmi Tehranla müzakirə etmək niyyətindədirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Manamada Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (CCASG) nümayəndələri ilə keçirdiyi görüşlərin yekununda səsləndirib.
Amerikalı diplomatın sözlərinə görə, regional tərəfdaşlar hücumlar zamanı zərər çəkmiş infrastrukturun bərpası üçün vəsait ayrılmasını tələb edirlər:
“Onlar yenidənqurma işləri üçün müəyyən maliyyə ayrılmasını istəyirlər. Çünki ciddi ziyan çəkiblər. İndi isə həmin zərərin kompensasiya olunmasını tələb edirlər”.
Bununla belə, Dövlət Departamentinin rəhbəri kompensasiya ödənişləri üçün İranın dondurulmuş aktivlərindən istifadə edilib-edilməyəcəyi barədə sualı cavablandırmaqdan yayınıb:
“Hazırda kompensasiya mexanizmləri barədə danışmaq hələ çox tezdir, çünki bu məsələ müzakirələrin ilkin mərhələsindədir və detallar hələlik konkretləşdirilməyib”.
Xatırladaq ki, bundan əvvəl İran da Yaxın Şərqin 5 ölkəsindən ona dəymiş ziyanın ödənilməsini tələb etmişdi.
Son xəbərlər
Son Xəbərlər