İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazında Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum etdiyi iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, iddia edilən hadisə Oman sahillərində İran Hərbi Dəniz Qüvvələrinin gəmilərə Tehranla əlaqələndirmədən boğazdakı marşrutlardan istifadə etməmələri barədə xəbərdarlıqdan bir neçə saat sonra baş verib.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatlarına (UKMTO) istinadən verilən məlumata görə, hadisə nəticəsində gəmiyə ziyan dəyib, lakin xəsarət alan olmayıb.
Son xəbərlər
Son Xəbərlər