İstanbulda hərəkət halında olan iki tramvay toqquşub.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Zeytinburnuda Pazartekke və Topkapı dayanacaqları arasında qeydə alınıb.
Tramvayların üz-üzə toqquşduğu hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar.
Qəzanın səbəbləri hələ məlum deyil.

Son xəbərlər
Son Xəbərlər