“İstədiklərini edə bilərlər” - Avropaya satılan qırıcılardan danışdı

istediklerini-ede-bilerler
Oxunma sayı: 395

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Avropa İttifaqı (Aİ) ölkələrinə silah və qırıcı təyyarələr satdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, Avropa ölkələri ABŞ-dən aldıqları silahlardan istədikləri kimi istifadə edə, o cümlədən onları Ukraynaya verə bilərlər:

“Biz Avropa İttifaqına qırıcı təyyarələr satırıq. Onlar isə istədiklərini edirlər, məsələn, bunları Ukraynaya verə bilərlər”.

ABŞ Prezidenti hansı qırıcı təyyarələrin nəzərdə tutulduğunu və söhbətin yeni silah satışından, yoxsa daha əvvəl Ukraynaya verilən silahlardan getdiyini açıqlamayıb:

“ABŞ artıq Avropa ölkələrinə silahları tam ödəniş qarşılığında satır. Bu silahlardan necə istifadə olunacağına və onların Ukraynaya verilib-verilməyəcəyinə isə Avropa ölkələri qərar verir”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevə yüzlərlə “Patriot” raketinin verilməsi ilə bağlı istəyini rədd etmişdi.