İstehlak kreditlərinə güzəşt nəzərdə tutulmur

istehlak-kreditlerine-guzest-nezerde-tutulmur
Oxunma sayı: 3488

İstehlak kreditlərinə güzəşt nəzərdə tutulmayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.

O bildirib ki, kreditlər işsiz adamlara verilmir: “Tədbirlər planında da həmin şəxslərə dəstək nəzərdə tutulub. Kredit alanlar işləyənlər və mikro, makro sahibkarlardır. Onlara dəstək olunacaq. Dövlət real sektorun kreditləşməsini dəstəkləyir. Sahibkarlara dəstək olunmalıdır ki, iqtisadiyyat canlansın. İşsizlərə də 190 manat ödəniş olunacaq”. 

Murad Əhməd