Bakıda 17 yaşlı yeniyetmə itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Abdulrəhmanlı Əli “Neftçi”nin oyununa baxmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində araşdırma aparılır.
Məlumata görə, Ə.Abdulrəhmanlı bu il universitetə qəbul olub.
Onu görənlərdən 051 506 12 82 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
***
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, ötən gün itkin düşmüş Ə.Abdulrəhmanlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər