Bu gün start götürəcək futbol üzrə FIFA Dünya Çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya tərəfindən təqdim olunacaq.
“Qafqazinfo” xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İTV-nin efirində canlı yayımlanacaq.
Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin 3-cü turunda eyni vaxtda keçiriləcək 12 oyunun “CBC Sport”da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq.
Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İTV-nin yutub kanalı üzərindən canlı yayımlanacaq.
Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun kanalın yutub hesabında olacaq.
İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək.
Qarşılaşmaların şərhinə İctimai TV-nin və “CBC Sport”un şərhçiləri cəlb olunacaq.
Son xəbərlər
Son Xəbərlər