Azərbaycanın bəzi rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Son xəbərlər
Son Xəbərlər