Juninyo qol vurub komandasına qələbə qazandırdı - Video

juninyo-qol-vurub-komandasina-qelebe-qazandirdi
Oxunma sayı: 2136

Cənubi Amerikada Libertadores Kubokunun qrup mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Juninyonun çıxış etdiyi Braziliyanın “Flamenqo” klubu səfərdə Venesuela təmsilçisi “Deportivo Taçira” ilə üz-üzə gəlib. 

Braziliyalılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 57-ci dəqiqədə məhz Juninyo vurub. 

Juninyo həm də matçın ən yaxşı oyunçusu seçilib və xüsusi mükafata layiq görülüb.