Kadırovun qızına yeni vəzifə verildi

kadirovun-qizina-yeni-vezife-verildi
Oxunma sayı: 3741

Çeçenistan lideri Ramzan Kadırovun qızı Xədicət Kadırovaya vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov “VK” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Xədicət Kadırova respublika başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini olub.

Qeyd edək ki, Xədicət bundan öncə Qroznıda Məktəbəqədər Təhsil Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.