ABŞ Prezidenti Donald Tramp administrasiyası qarşıdan gələn aralıq seçkilərində respublikaçı senator Syuzan Kollinz və partiyanın digər nümayəndələrinə dəstək olmaq məqsədilə Kanadadan idxal edilən bəzi mallara qoyulan 50 faizlik rüsumları ləğv etməyə hazırlaşır.
“Qafqazinfo” “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, tarif siyasətindəki dəyişikliklərin yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir.
Güzəştlərin xüsusilə meşə təsərrüfatı və kənd təsərrüfatı məhsullarını əhatə edəcəyi bildirilir.
Nəşr vurğulayır ki, Meyn ştatının iqtisadiyyatı Kanada ilə ticarətdən kəskin dərəcədə asılıdır. Rüsumların yumşaldılması üçün fəal mübarizə aparan respublikaçı senator Syuzan Kollinz bu addım vasitəsilə ştatdakı yerli müəssisələrə və istehlakçılara mənfi təsir edən maliyyə yükünü azaltmağı hədəfləyir.
Mütəxəssislərin fikrincə, Ağ Evin bu qərarı gərgin seçki marafonunda Kollinz və ticarətdən asılı olan digər ştatlardakı respublikaçı namizədlərin mövqelərini möhkəmləndirməyə hesablanıb.
Son xəbərlər
Son Xəbərlər