Kanala düşən yeniyetmədən 36 gündür xəbər yoxdur

kanala-dusen-yeniyetmeden-36-gundur-xeber-yoxdur
Oxunma sayı: 2504

Kanala düşən 16 yaşlı yeniyetmədən 36 gündür xəbər yoxdur.

“Qafqazinfo” xəbər verir ki, hadisə Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.

Nağızadə Nihat kanalın yanında oturan zaman ehtiyatsızlıqdan suya düşüb. Həmin anlar yaxınlıqda olan obyektin kamerasına düşüb. Valideynlər dərhal aidiyyəti qurumlara məlumat veriblər. Lakin uşaq hələ də tapılmır.

Uşağın tapılması üçün kanalın suyu birgünlük dayandırılıb. Amma texniki səbəbdən axtarışları aparmaq mümkün olmayıb.

Çarəsiz qalan ailə indi həmin kanalın suyunun yenidən dayandırılmasını və axtarışların aparılmasını istəyir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: