“Kaş ki, mən ölərdim” - Ece Erken + Fotolar

kas-ki-men-olerdim
Oxunma sayı: 8379

Türkiyəli aktrisa, aparıcı Ece Erkenin qətlə yetirilən 42 yaşlı vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun cənazəsi Rize şəhərinin Fındıklı kəndinə aparılıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, dəfn mərasiminə Ece Erken də qatılıb.

“Mən onu çox sevirdim, buna necə dözəcəyəm. Çox tez getdi. Kaş ki, onun yerinə mən ölərdim”, - aktrisa göz yaşları içində deyib.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.

Həmçinin oxuyun: Ece Erkenin ərini qətlə yetirənlər saxlanıldı - Təfərrüat