Meksikalı qadın hakim DÇ-də ilkə imza atdı - Fotolar

meksikali-qadin-hakim-dc-de-ilke-imza-atdi
Oxunma sayı: 646

2026-cı il FIFA Dünya Çempionatında yeni bir tarix yazılıb.

“Qafqazinfo” xəbər v erir ki, meksikalı qadın hakim Katia İtsel Qarsiya kişilər arasında DÇ oyununu idarə edən ilk meksikalı qadın mərkəz hakim kimi adını futbol tarixinə yazdırıb.

33 yaşlı referi hakimlik karyerasına həvəskar yarışlarda başlayıb. 2017-ci ildə peşəkar səviyyədə debüt edən Qarsiya 2019-cu ildən FIFA referisi statusu daşıyır.

O, indiyədək FIFA Qadınlararası Dünya Çempionatı, Paris-2024 Yay Olimpiya Oyunları, KONKAKAF turnirləri, həmçinin Meksikanın həm qadınlar, həm də kişilər çempionatlarında yüksəksəviyyəli qarşılaşmaları idarə edib.

2024-cü ildə 20 ildən sonra Meksika çempionatında kişilər arasında oyuna təyin olunan ilk qadın hakim olan Katia İtsel Qarsiya DÇ-2026-dakı təyinatı ilə karyerasının ən böyük uğuruna imza atıb.

Mexiko şəhərində anadan olan Qarsiya beynəlxalq arenada peşəkarlığı və ardıcıl çıxışları ilə seçilir. O, hazırda dünya futbolunun ən nüfuzlu hakimlərindən biri hesab olunur və qadın hakimlər üçün yeni yol açan simalardan biri kimi qiymətləndirilir.