Keçmiş qaynından Sevinc Osmanqızına- - cavab

kecmis-qaynindan-sevinc-osmanqizina-
Oxunma sayı: 11000


S.Osmanqızının keçmiş ərinin qardaşı Vüqar Xəlilov da borclu qalmayaraq keçmiş gəlinlərinin onların ailəsi ilə bağlı ittihamlarına cavab verib. Keçmiş qaynı xanım jurnalisti böhtançılıqda suçlayıb.

V.Xəlilov virtualaz.org saytına açıqlamasında bunları deyib: “Biz o qadına nəyə görə vendetta elan etməliyik, qisasçılıq hissi ilə yaşamalıyıq ki? O, hər şeyi özündən uydurur. Mən heç vaxt heç yerdən siyasi sığınacaq istəməmişəm. Gördüyünüz kimi, indi də Bakıdayam, heç yerə köçüb getmək fikrim də yoxdur. Böyük Britaniya səfirliyinə də gedib maraqlana bilərsiniz ki, bizim orada siyasi sığınacaq almaq üçün müraciətimiz var, ya yox. Belə sözlərə sadəcə gülməyim gəlir. O qadının mənim atamı yada salmağına gəlincə isə bir sual verim: bəs baba-nənəmi yada salmaqda Sevinc Osmanqızına nə mane olur? Bu adamın fantaziyalarının həddi-hüdudu yoxdur. Onun söylədikləri uydurmadan başqa bir şey deyil”.

Qeyd edək ki, virtualaz.org saytında dərc olunan araşdırmada Sevinc Osmanqızının deputat Ceyhun Osmanlının filmini reklam etməkdə və onu beynəlxalq arenaya çıxarmaqda ittiham olunurdu.