Kəlbəcərin qarlı yolları - Video

kelbecerin-qarli-yollari
Oxunma sayı: 1927

Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollar qardan təmizlənir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcərə yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Yollar qardan təmizlənir.