Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
“Qafqazinfo”nun məlumatına görə, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.
İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.















Son xəbərlər
Son Xəbərlər