Rusiya ordusu avqustun 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kiyevin meri Vitaliy Kliçko açıqlayıb.
Onun sözlərinə görə, hücum nəticəsində 12 nəfər həlak olub, daha 34 nəfər isə yaralanıb.
“X” hesabında hadisə ilə bağlı paylaşım edən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bu hücuma uzun müddət hazırlaşdığını, atəş üçün həm ballistik raketlərdən, həm də dronlardan istifadə etdiyini bildirib.
***
V.Kliçko bildirib ki, Kiyevə hücumlar nəticəsində həlak olanların sayı 15 nəfər çatıb.
Mer həmçinin şəhərdə təqribən 20 ev, məktəb və uşaq xəstəxanasına zərər dəydiyini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər