“Beşiktaş” futbolçusu Qabriel Paulista ilə yollarını ayırıb.
“Qafqazinfo” kluba istinadən xəbər verir ki, buna səbəb onun valideynlərinin səhhətinin pisləşməsidir.
Belə ki, braziliyalı futbolçu ölkəsinə qayıtmaq üçün klubun icazəsi ilə Antalya təlim-məşq düşərgəsini tərk edib.
O, klubdan ayrılan zaman göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, 35 yaşlı Paulista “Villareal”, “Arsenal”, “Ateltiko Madrid” kimi klublarda çıxış edib. 2024-cü ildən “Beşiktaş”ın formasını geyinirdi.
Son xəbərlər
Son Xəbərlər