Konfrans iştirakçıları Qarabağda - Fotolar

konfrans-istirakcilari-qarabagda
Oxunma sayı: 528

İyulun 5-də “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəni və Etnik Müxtəliflik Mərkəzi (MEMM) məlumat yayıb. 

Bildirilib ki, daha sonra konfrans iştirakçıları Laçında olub, işğal dövründə dağıntıları müşahidə edib, aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Həmçinin iştirakçılar iyulun 6-da Xankəndi şəhərində Zəfər parkını ziyarət edib.