Koxalskinin getməsi barədə xəbərlərə - Cavab verdi

koxalskinin-getmesi-barede-xeberlere
Oxunma sayı: 1074

“Gərgin, stressli oyun idi. Bəzi dəqiqələri çıxmaq şartilə futbolçular oyunun içində oldular. Qarşımızda uduzmaq istəməyən rəqib var idi. Topla düzgün şeylər etdik. Toplu da, topsuz da. Vacib qələbə əldə etdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Dinamo” (Kiyev, Ukrayna) ilə Bakıda keçirilən cavab matçından sonra mətbuat konfransında deyib:

“Sanki keçən il ÇL-in qrupundakı ab-hava, birlik bu gün də stadionda var idi. Rəqibə də uğurlar arzulayıram. Bizim üçün bu cür rəqiblə oynayıb qalib gəlmək xoş oldu. “Dinamo”ya Bakıda azarkeşlik edən çox adam var. Biz özümüz də uşaq vaxtı onlara azarkeşlik etmişik”.

- Rəqibin baş məşqçisi bildirdi ki, “Qarabağ” imkanlardan yararlandığı üçün qalib gəldi. Birinci oyunla ikinci oyun arasında hansı fərqlər var idi?

- Çox fərq var idi. Burada həm daha aktiv idik, pressinqlərimiz daha düzgün alınırdı, topla daha tez və düzgün davranırdıq. Rəqibi topsuz qoymağa çalışırdıq. İkinci hissədə bəzi dəyişikliklər oldu. Bu cür istidə 90 dəqiqə eyni tempi saxlamaq mümkün deyildi. Hazırlaşdığımız çox şey var idi, onu da gördük. Dəyişiklik mən tərəfdən var idi.

- Mateuş Koxalskinin ehtiyatda qalması nə ilə əlaqədardır?

- Oyunu qane edir. Ayrılması ilə bağlı da heç bir fikir, danışıq yoxdur. Sadəcə bəzi yazılar var idi, ama elə şey yoxdur. Bəzən futbolçulara istirahət daha faydalı olur. Martin Zlomisliç də özünü yaxşı tərəfdən göstərdi. Koxalskinin getməsi barədə heç nə yoxdur. Martinin oynamasının risk olduğunu düşünənlər ola bilərdi, amma mən belə düşünmürdüm.