Kralın ölüm xəbəri texniki səhvə görə verilibmiş - Töhmət alıb

kralin-olum-xeberi-texniki-sehve-gore-verilibmis
Oxunma sayı: 1127

Bu ilin mayında Böyük Britaniyanın “Radio Caroline” radiostansiyasında səhvən dinləyicilərə Kral III Çarlzın vəfat xəbərinin elan edilməsinin təfərrüatı məlum olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, “The Barry Marsh Show” proqramının efiri zamanı 77 yaşlı Kralın vəfat xəbəri elan olunduqdan sonra milli himn səsləndirilib, bundan sonra təxminən 16 dəqiqə ərzində sükut olub.

Bunun ardınca, proqramın aparıcısı dinləyicilərdən üzr istəyib və baş verənlərin texniki səhv olduğunu izah edib.

Bildirilib ki, həmin hazır yazını təsadüfən studiya kompüterinin texniki xidməti ilə məşğul olan əməkdaş işə salıb. O, əvvəlcədən hazırlanmış audiofayllara giriş əldə edib və yazının canlı efirdə yayımlanacağını anlamadan maraq səbəbindən onları qoşub. 

Məlumata görə, əməlini dərk edən həmin əməkdaş faylın efirə verilməsini dayandırıb, panikaya düşüb və studiyanı tərk edib.

İnsidentdən sonra faylları işə salan əməkdaşa töhmət verilib.