Kreml Kadırovun Ukraynada olub-olmadığını bilmir

kreml-kadirovun-ukraynada-olub-olmadigini-bilmir
Oxunma sayı: 3120

“Kremlin Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyat zonasına getməsi ilə bağlı məlumatı yoxdur”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Xeyr, bu barədə məlumatımız yoxdur”, - deyə Peskov söyləyib.

Qeyd edək ki, Ramzan Kadırov öz teleqram kanalında məlumat yayaraq Ukraynanın Qostomel şəhərində olduğunu bildirib.