Kremldən Ermənistanın BCM-ə üzv olmasına - Münasibət

kremlden-ermenistanin-bcm-e-uzv-olmasina
Oxunma sayı: 2697

“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasının ikitərəfli münasibətlərə de-yure və de-fakto mənfi təsir göstərməməsi Rusiya üçün vacibdir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri peskov deyib.

Onun sözlərinə görə, Moskva İrəvanla münasibətlərinə önəm verir və gələcəkdə inkişaf etdirmək niyyətindədir: “Burada şərh ediləsi bir şey yoxdur. Bu, ümumilikdə Ermənistanın suveren hüququdur. Lakin digər tərəfdən, bu qərarın ikitərəfli münasibətlərə mənfi təsir göstərməməsi bizim üçün vacibdir”.

Qeyd edək ki, Ermənistan fevralın 1-dən rəsmi olaraq Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Ölkə Roma statutuna qoşulan 124-cü dövlət olub.