Küçədə sosial eksperiment adı ilə vətəndaşın 1350 manatını ələ keçirdi

kucede-sosial-eksperiment-adi-ile-vetendasin-1350-manatini-ele-kecirdi
Oxunma sayı: 2171

Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, zərərçəkən naməlum şəxsin Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün 1 manat istədiyini bildirib.

Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını deyib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla onun 1350 manatını alaraq ələ keçirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Elvin Əvəz oğlu Mehdiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.