Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

kutlevi-davada-qetli-toredenlerin-kimliyi-bilindi
Oxunma sayı: 2692

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin “Sabunçu Emil” və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğu bəlli olub.

Hadisə yerindən qaçmış həmin şəxslər hazırda axtarışdadırlar.

Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.

Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.