Laçından bu istiqamətlərə avtobus marşrutları açılacaq

lacindan-bu-istiqametlere-avtobus-marsrutlari-acilacaq
Oxunma sayı: 1906

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi üçün üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nqəliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.

Bildirilib ki, müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır.