Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlarının diqqətinə!

legv-prosesinde-olan-demirbankin-kreditorlarinin-diqqetine
Oxunma sayı: 936

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 16 aprel 2025-ci il tarixdən etibarən başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün ünvan və  əlaqə nömrələri:

Bakı şəhəri

Babək prospekti 16

Qaynar xətt: (+994) 941