DÇ-2026-nın 1/16 finalında Kabo-Verdenin qapıçısı Vozinya Argentina ilə qarşılaşmadan sonra diqqətçəkən açıqlama verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan sonra Messi ilə olan söhbətindən söz açıb.
“Leo Messinin yanına getdim. Nəsə deməyə macal tapmamış məni qucaqlayıb dedi ki, “əla iş gördün, çox yaxşı qapıçısan. Xalqın səninlə fəxr edir”. Bunu Leo kimi bir əfsanədən eşitmək mənim üçün vacib idi. Ona təşəkkür etdim və ən yaxşısı olduğunu deyərək formasını istədim. O, gülümsəyərək soyunma otağının dəhlizində mənə formasını verəcəyini dedi. Bu anı heç vaxt unutmayacağam”.
Qeyd edək ki, sözügedən qarşılaşmada Argentina 3:2 hesablı çətin qələbə qazanaraq 1/8 finala çıxdı.
Son xəbərlər
Son Xəbərlər