Litva Prezidentinin tamaşaya getməsi ona baha başa gəldi

litva-prezidentinin-tamasaya-getmesi-ona-baha-basa-geldi
Oxunma sayı: 4098

Litva Prezidenti Gitanas Nauseda və bu ölkənin Böyük Britaniyadakı səfiri Eitvydas Bayarunas Səfirliyin vəsaiti hesabına Londonda “The Phantom of the Opera” musiqili tamaşasına gediblər.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Litvanın Rəsmi Etika üzrə Baş Komissiyası məlumat yayıb.

Məlumatda onların “İctimai və şəxsi maraqların koordinasiyası haqqında” qanunu pozduqları üçün korrupsiyada ittiham olunduqları qeyd edilib.