Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib.
“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub.
Bildirilib ki, “Hizbullah” parlament bloku istisna olmaqla deputatların əksəriyyəti qərarın lehinə səs verib.
Beləliklə, ölkədə ölüm hökmü cəzası ləğv edilərək ömürlük həbslə əvəz olunacaq.
Son xəbərlər
Son Xəbərlər