“Liverpul” – “Qarabağ” matçı tarixə düşdü

liverpul-qarabag-matci-tarixe-dusdu
Oxunma sayı: 2230

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda keçirilən “Liverpul” – “Qarabağ” matçı tarixə düşüb.

“Qafqazinfo” xəbər verir ki, meydan sahibləri Azərbaycan təmsilçisinin qapısına 38 zərbə endirməklə rekorda imza atıb. 

Bu, turnirdə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. 

“Qarabağ” üçün isə bu, antirekord kimi tarixə düşüb. 

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı yanvarın 28-də İngiltərənin Liverpul şəhərində, “Enfild” stadionunda keçirilib. Oyun mersisaydlıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.