Lorakın keçmiş biznesmen əri yeni sevgilisi ilə - Fotolar

lorakin-kecmis-biznesmen-eri-yeni-sevgilisi-ile
Oxunma sayı: 8806

Ukraynanın Xalq artisti, müğənni Ani Lorakın keçmiş biznesmen həyat yoldaşı Murat Nalçacıoğlu yeni eşqə düşüb. “Qafqazinfo”nun məlumatına görə, o, sevgilisi ilə fotosunu İnstaqram hesabında paylaşıb.   

“Səninlə eyni şeyləri, gələcək addımlarını hiss edən insanı tapanda, həyat real və təəccüblü olur”, - Murat şəkli şərh edib.

Biznesmenin yeni sevgilisi Samiya Axmetovadır. Onun 52 minlik İnstaqram hesabı ümumi baxış üçün bağlıdır və haqqında, demək olar, heç bir məlumat yoxdur. Samiyanın Kiyevdə yaşadığı bildirilir. Onun İnstaqram izləyiciləri arasında Xarkovdan olan biznesmen Vladislav Bezruk, eləcə də şoumen Dadya Jora var.

Muratla Samiya hazırda Balearsk adalarında istirahət edir.

Qeyd edək ki, 2009-cu ildə Murat Nalçacıoğlu ilə ailə həyatı quran Ani Lorak 2019-cu ilin əvvəlində ondan ayrılıb. Ailənin dağılmasına səbəb birincinin xəyanəti olub. Cütlüyün 10 illik nikahından Sofiya adlı qız övladı var.