Müasir həyatın sürəti, emosional yüklənmə, ailə və sosial münasibətlərdə yaşanan çətinliklər bir çox insanın psixoloji dəstəyə ehtiyac duymasına səbəb olur. Düzgün istiqamətləndirilmiş peşəkar yardım isə yalnız mövcud problemlərin həllinə deyil, həm də insanın daxili gücünü kəşf etməsinə və həyat keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Lumen Psixoloji Mərkəzi məhz bu məqsədlə fəaliyyətə başlayır — hər yaş qrupundan olan insanlara elmi əsaslı, etik və fərdi yanaşma ilə psixoloji və inkişaf dəstəyi göstərmək üçün.
Mərkəzin rəhbəri, psixoloq Minə Əliyeva, Bakı Dövlət Universitetinin psixologiya fakültəsinin məzunudur və ixtisası üzrə Pedoqoji Universitetdə magistr dərəcəsi alıb. Onun peşəkar fəaliyyəti yalnız akademik biliklərlə məhdudlaşmır. Minə xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə Talesemiya, Milli Onkologiya və Milli Hematologiya və Transfuziologiya mərkəzində leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara və onların ailələrinə psixoloji dəstək göstərib. Bu təcrübə ona travmatik vəziyyətlərlə işləmək, ailələrə emosional dayaq olmaq və uşaqlarla həssas yanaşma qurmaq bacarığı qazanıb. O, 9 ildən artıq rəsmi iş təcrübəsi ərzində uşaqlar, yeniyetmələr və böyüklərlə uğurla çalışıb.
Lumen Psixoloji Mərkəzi geniş xidmət spektri ilə fərqlənir. Fərdi psixoloji xidmətlər emosional gərginlik, stress, özünə inam problemləri və həyatdakı daxili konfliktlərlə işləməyə kömək edir. Məqsəd şəxsin özünü daha yaxşı tanıması, psixoloji balansını bərpa etməsi və sağlam qərarlar verməsidir.
Uşaq və yeniyetmə psixologiyası sahəsində təqdim olunan xidmətlər davranış çətinlikləri, məktəb adaptasiyası, sosial münasibətlər və emosional inkişaf kimi mövzuları əhatə edir. Hər bir uşaq fərdi yanaşma ilə qiymətləndirilir və inkişafına uyğun dəstək proqramı hazırlanır.
Ailə və cütlük terapiyası münasibətlərdə anlaşılmazlıqların aradan qaldırılmasına, ünsiyyətin gücləndirilməsinə və sağlam emosional bağların qurulmasına yönəlir. Bu proses ailədaxili harmoniyanın bərpasına kömək edir.
Mərkəzdə təqdim olunan loqopedik xidmətlər nitq inkişafı, səslərin düzgün tələffüzü və ünsiyyət bacarıqlarının formalaşdırılmasını dəstəkləyir. Bundan əlavə, psixodiaqnostika və testlər vasitəsilə uşaqların və böyüklərin emosional və davranış xüsusiyyətləri peşəkar şəkildə qiymətləndirilir və uyğun inkişaf planı hazırlanır.
Lumen Psixoloji Mərkəzi həmçinin xüsusi sindromlu uşaqlar və böyüklərlə işləmək üçün fərdi proqramlar təqdim edir. Bu xidmətlərin məqsədi onların potensialını üzə çıxarmaq, sosial və emosional bacarıqlarını inkişaf etdirmək və ailələrə dəstək olmaqdır.
Mərkəzin əsas prinsipləri fərdi yanaşma, etik və məxfi mühitin qorunması, elmi metodlara əsaslanan terapiya və ailə ilə əməkdaşlıqdır. Lumen komandası inanır ki, düzgün psixoloji dəstək insanın həyatında real və müsbət dəyişiklik yarada bilər.
Lumen Psixoloji Mərkəzi — anlayış, peşəkarlıq və inkişafın bir araya gəldiyi etibarlı məkandır.
Əlaqə nömrəsi: 050 603 23 65
Son xəbərlər
Son Xəbərlər