Mahir Emreli millinin keçmiş üzvlərinə söz atdı - “Sanki uğurlu idilər”+Video

mahir-emreli-millinin-kecmis-uzvlerine-soz-atdi
Oxunma sayı: 3177

Azərbaycan yığmasının və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli “CBC Sport”da yayımlanan “Start” verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, forvard verilişdə milli komandanın çıxışından danışıb.

M.Emreli yığmanın hazırkı heyətini tənqid edən keçmiş futbolçulara söz atıb: “Bəzən millinin keçmiş üzvləri elə danışır ki, sanki onların vaxtında uğur var idi, amma indi yoxdur”.