Almaniya ikinci Bundesliqasında 12-ci turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” doğma azarkeşləri önündə “Kayzerslautern”i qəbul edib.
Qarşılaşma qolsuz başa çatıb - 0:0.
Mahir Emreli oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 12 turdan sonra “Nürnberq” 18 xalla 6-cı pillədə qərarlaşıb.