Makron “Pegasus”la bağlı növbədənkənar iclas çağırdı

Makron “Pegasus”la bağlı növbədənkənar iclas çağırdı
Oxunma sayı: 1909

Fransa Prezidenti Emmanuel Makron bu gün Müdafiə Şurasının növbədənkənar iclasını çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “France Inter” radiosunun canlı efirində deyib.

Məlumata əsasən, buna səbəb “Pegasus” casus proqramı barədə araşdırmanın başladılması olub.

Qeyd edək ki, Fransanın Mərkəzi Prokurorluğunun məlumatına görə, “Pegasus” proqramı vasitəsilə ölkənin jurnalistlərinin danışıqlarının dinlənilməsi ilə bağlı araşdırma başladılıb.

Xatırladaq ki, müxtəlif ölkələrin 17 KİV-nin və Fransada yerləşən “Forbidden Stories” qeyri-hökumət təşkilatının yaydığı araşdırmaya əsasən, bütün dünya üzrə çox sayda ölkələr 50 mindən çox insanı izləyə bilib. Sözügedən bu izlənmə üçün isə “NSO” adlı İsrail şirkətinin yaratmış olduğu “Pegasus” casus proqramından istifadə olunub. Bildirilir ki, telefon danışığı dinlənilən şəxslər arasında Fransa Prezidenti Emmanuel Makron da olub.