Makronla Putinin görüşü başa çatdı - Video + Yenilənib

makronla-putinin-gorusu-basa-catdi
Oxunma sayı: 3476

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Makron təyyarəsi yerə endikdən sonra yarım saata yaxın onu tərk etməyib. 

Daha əvvəl o, Putinlə görüşdən əvvəl nikbin olduğunu, lakin “qəfil möcüzələrə” inanmadığını bildirmişdi.

Fransa prezidentinin sözlərinə görə, onun səfərinin məqsədi Ukrayna ətrafında vəziyyətin pisləşməsinin qarşısını almaqdır. Kreml qeyd edib ki, Ukrayna məsələsi ilə yanaşı, dövlət başçıları təhlükəsizlik təminatı layihələrini də müzakirə edəcəklər.

Danışıqlardan sonra Putin və Makron birgə mətbuat konfransı keçirəcək.

***

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında danışıqlar başa çatıb. İki ölkə rəhbərinin görüşü 5 saatdan artıq davam edib. 

Fransa prezidenti Moskvadan Kiyevə yola düşəcək və bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.