Mariddə dramatik oyun, “Atletiko” 1/4 finalda - Video

maridde-dramatik-oyun-atletiko-14-finalda
Oxunma sayı: 1699

Ötən gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Atletiko” evində “İnter”i qəbul edib.

Baş tutan qarşılaşmanın əsas və əlavə hissəsində İspaniya təmsilçisi “İnter”ə 2:1 hesabı ilə qalib gəlib.

Belə ki, 33-cü dəqiqədə Antuan Qrizman, 87-ci dəqiqədə isə Mempfis Depay qol vurub.

İtalyan təmsilçisindən isə 35-ci Federiko Dimarko dəqiqədə  fərqlənib.

“İnter” ilk matçda 1:0 hesablı qələbə qazandığından matç penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan madridlilər 1/4 finala çıxıb.

Oyunun videoicmalını təqdim edirik: