Martin Ryan azadlığa buraxıldı

martin-ryan-azadliga-buraxildi
Oxunma sayı: 1024

Prezident İlham Əliyevin Sərəncamı ilə əfv edilmiş fransalı məhkum Martin Ryan azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, xarici məhkum bir az əvvəl Lənkərandakı  cəzaçəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, M.Ryan bu ilin martında casusluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ondan başqa, bu gün iki nəfər türkiyəli, bir nəfər rusiyalı, bir nəfər pakistanlı məhkum da əfv edilib.

Sail Ağasəlim