Masazırda həkim intihar etdi - Foto

masazirda-hekim-intihar-etdi
Oxunma sayı: 8261

Abşeron rayonunda həkim intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Sarvan İbrahimov yaşadığı Masazır qəsəbəsi Abşeron Gənclər şəhərciyindəki mənzildə çoxsaylı dərman həbləri qəbul edib.

O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

S.İbrahimovun stomatoloq kimi fəaliyyət göstərdiyi bildirilir.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.